RU

"Neftçi" və "Qarabağ"da çıxış etmiş futbolçu qəzaya düşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisinin sabiq futbolçusu, "Neftçi" və "Qarabağ" kimi klubların şərəfini qorumuş Aslan Kərimov qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, veteran futbolçunun idarə etdiyi "Mitsubishi Pajero" avtomobili 9-cu mikrorayon ərazisində işıqforda "Nissan" markalı maşınla toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da, "Nissan" markalı avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində "Neftçi", "Dinamo Bakı", "Azəri", "Qarabağ", "Kəpəz", "ANS Pivani", "Şəmkir" və "Sumqayıt", həmçinin Rusiyanın "Baltika Kalininqrad" klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və bir qol vurub.
Избранный
5
8
oxu.az

10Источники