RU

Azərbaycanda DƏHŞƏT: ögey ata 2 yaşlı qızına siqaretlə dağ basdı

Göygöldə ata ögey qızına işgəncə verərək onu yandırıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Ölkə.az-a bildirilib ki, fakt Göygöl rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirərkən aşkarlanıb:

"Şirin Qasımovun evin aparılan axtarış zamanı kultivasiya yolu ilə beecərilən narkotik tərkibli bitkilər aşkarlanıb. Həmçinin polis əməkdaşları Şirin Qasımovun qeyri-rəsmi nikahla yaşadığı qadının 2 yaşlı qızının bədənində siqaret yanığı izləri müəyyən ediblər. Əməkdaşlar azyaşlını xəstəxanaya yerləşdiriblər. Ögey ata saxlanılıb. Həm narkotik tərkibli bitkilərin kultivasiyası. həm də azyaşlıya verdiyi işgəncələrlə bağlı cinayət işi başlanıb".

Избранный
3
5
olke.az

6Источники