RU

"Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin kollektivi Zəfər parkını ziyarət edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 27-də - Anım Günündə "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin kollektivi Zəfər parkını ziyarət edib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsində əldə olunan zəfərə və qəhrəmanlıq salnaməsinə köklənərək, tariximizin ən şərəfli səhifələrindən biri yazılıb. 27 sentyabr zəfərlə nəticələnən 44 günlük Vətən müharibəmizin və uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi bütövlüyümüzün bərpa edilməsi, suverenliyin tam bərqərar olunması və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan qürurverici gündür.
"Azərkontrakt" ASC-nin kollektivi Zəfər parkını ziyarət edərək Vətən müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edib.
Избранный
7
50
oxu.az

10Источники