RU

Səfir Anım Günündə "Modern Media Qrup"un qonağı oldu - FOTO

Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı "Modern Media Qrup"un qonağı olub və Media Qrupuna məxsus media qurumlarının əməkdaşları ilə səmimi fikir mübadiləsi aparıb.

 

O, Anım Günü ilə bağlı qardaş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizi ehtiramla yad etdiklərini söyləyib.

 

"Hər zaman olduğu kimi, bundan sonra da Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz olacaq. Ölkələrimiz arasında bütün sahələrdə sıx və güclü birlik var. Bundan hamımız çox məmnunuq", - səfir deyib.

 

Cahit Bağçı iki ölkə, eləcə də Türk Dünyası arasında əlaqələrin möhkəmlənməsində medianın rolunun əvəzsiz olduğunu, bu məqamda Modern.az və Media Türk TV-nin  böyük işlər gördüyünü də diqqə çatdırıb.


"Modern Media Qrup"un rəhbəri Elşad Eyvazlı zaman ayırıb belə bir gündə redaksiyanı ziyarət etdiyi üçün kollektiv adından səfirə təşəkkürünü bildirib. Cahit Bağçıya Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən hədiyyələr və Xocalı soyqırımından bəhs edən kitab təqdim edilib.

 

1383344

1383350

1383355

1383360

Избранный
8
modern.az

1Источники