RU

Xətaidə boya sexində yanğın tam söndürülüb - FOTO - YENİLƏNİB - 5

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

***

15:40

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya sexinin ərazisində baş verən yanğın təxminən 3500 kv.m. ərazini əhatə edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu FHN-in DYMX-nin xidmət rəisinin müavini Taleh Babayev deyib.

Bildirib ki, boya sexinin ərazisində boya çənləri, qatqı materialları, plastik qablar yanıb.

Qeyd olunub ki, bu gün 13.32-də boya sexində baş verən yanğınla bağlı hadisə yerinə 12 yanğınsöndürmə avtomobili cəlb olunub. 4 dəqiqə ərzində qüvvələr hadisə yerinə çatıb və yanğına müdaxilə olunub.

***

14:54

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14.35

Sentyabrın 27-də saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Əlavə məlumat veriləcək.

 

***

13:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

İqtisadiyyat.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

13:43

Bakıda 8 noyabr prospektinə yaxın ərazidə yanğın başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Yanğınla əlaqədar olaraq 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

Избранный
2
13
iqtisadiyyat.az

10Источники