RU

Paşinyan Azərbaycan və Ermənistan arasında olan problemlərin həllinə müsbət yanaşır - Ərdoğan

Bakı, TurkicWorld

Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə əsas mövzu Azərbaycan və Ermənistan arasında olan problemlər idi. N.Paşinyanın bu problemlərin həllinə müsbət yanaşdığını gördüm.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanda da bu məsələdə eyni yanaşma var.

"Ümid edirəm ki, bu iki ölkə bu yanaşmadan yola çıxaraq problemi həll edəcək", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, 25 sentyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yerləşən "Türk Evi"ndə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması və Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesləri müzakirə olunub.

Избранный
2
6
turkic.world

7Источники