RU

“Ukraynaya qışadək icazə verilə bilər...” - “Putinin vəziyyəti daha da çətin olacaq”

Məlum olduğu kimi, hazırda Ukraynanın Qərbdən əsas tələblərindən biri Rusiya ərazisinin dərinliklərinə Qərb silahları ilə zərbə vurulmasın icazə verilməsidir.

Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi Ukraynanın Rusiyadakı hərbi hədəflərə qarşı Qərbin uzaqmənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin qış girənədək götürüləcəyini düşünür.

Jurnalistlərin suallarına cavab verən nazir vurğulayıb ki, o, qarşıdakı həftələrdə Ukraynanı ehtiyac duyduğu hər şeylə təmin etmək üçün “çox güclü mövqe”nin olacağını gözləyir: "Biz burada, BMT Baş Assambleyasında görüşürük. Mən bilirəm ki, Prezident Zelenski Vaşinqtonda Prezident Baydenlə görüşür. Qarşıda həmçinin G20 görüşü var. Gözləyirəm ki, qarşıdakı günlərdə və həftələrdə biz çox güclü mövqedə olacağıq. 2025-ci ilin çətin qışına yaxınlaşdıqca Ukraynanı lazım olan hər şeylə təmin etməliyik”.

Bundan əlavə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, kəşfiyyat məlumatları Vladimir Putin üçün gələn il vəziyyətin daha çətin olacağını göstərir:"Onun iqtisadiyyatı pis vəziyyətdədir. Onun üçün verdiyi itki və qurbanların sayının öhdəsindən gəlmək çox çətin olacaq"./AzPolitika.info/

Избранный
6
1
turkustan.az

2Источники