RU

Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..."

Abşeron rayonunda 1961-ci il təvəllüdlü Mübariz özündən 33 yaş kiçik olan sevgilisi Xatirəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Mübariz kolleclərdən birində tədris hissə müdiri vəzifəsində işlədiyi müddətdə - 2022-ci ilin sentyabr ayından həmin kollecin "Meşə və park" fakültəsinə qəbul olmuş Xatirə ilə yaxın münasibətlər yaradıb.

Xatirə ona birlikdə olduqları dövrdə intim fotolarını çəkdiyini bildirib. Həmin fotoları Mübarizin ailəsinə göndərməklə, habelə yayacağı ilə hədələyib. Nəhayət, qızın təhsil müəssisəsinin rəhbərliyinə şikayət etməsi səbəbindən Mübariz öz ərizəsi ilə işdən çıxıb.

Xatirə ilə münasibətlərinə son qoymasına baxmayaraq, qız əl çəkməyib, ondan münasibətlərini davam etdirməyi tələb edib. Mübariz ailə və cəmiyyətdə nüfuzuna xələl gətirən məlumatlar yayılacağı hədələrindən bezib. Xatirə ilə söhbət etmək və qərəzli hərəkətlərinə son qoymasını tələb etmək qərarına gəlib.

12 dekabr 2023-cü ildə saat 16:30-da Sabunçu rayonu, “Zabrat” dairəsi adlanan ərazidə görüşdə Xatirənin ondan öz ailəsindən ayrılıb, daim birgə yaşamaq tələbini rədd edib.

Mübariz istifadəsində olan “Hyundai Elantra” markalı avtomobili ilə Mehdiabad qəsəbəsi istiqamətində hərəkət edib. Xatirə ondan əl çəkməyib, öz avtomobili ilə onu təqib edib, Mübarizin maşınının arxa hissəsinə bir neçə dəfə vuraraq zədələyib.

Fatmayı kəndi ərazisində köməkçi yolda avtomobilini dayandıran Mübariz Xatirənin maşınına yaxınlaşıb, onunla söhbət etmək istəsə də, qız avtomobilin qapısını bağlayıb. O, sürücü tərəfdən qapının açıq pəncərəsindən əlini içəri saldıqda Xatirə pəncərəni yuxarı qaldırıb. Barmaqları sıxılan Mübariz əli ilə avtomobilin şüşəni sındırıb.

Mübariz əlini avtomobilin sınmış şüşəsindən içəri salaraq Xatirənin boğazından tutub və avtomobildən çölə çıxarmaqla digər yan tərəfə sürüyüb. Qız əlləri ilə müqavimət göstərib.

Mübariz Xatirənin hərəkətlərindən bezdiyi onu öldürmək qərarına gəlib. Xatirənin başını bir neçə dəfə yerin asfalt örtüyünə, daha sonra yerdəki daş parçasına vurub. Ardınca boğaz nahiyəsini əlləri ilə sıxaraq boğub öldürüb.

İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Çətinliklə razılaşdım”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 2017-ci ildən kollecdə müxtəlif vəzifələrdə, son 3 ildə isə tədris hissə müdiri kimi işləyib: “Kollecə qəbul olan zərərçəkmiş Xatirəni 2022-ci ilin sentyabr ayından tanımışam. Onu təsadüfən şöbə müdirinin otağında gördüm. Həmin gündən onunla tanışlığım başladı.

Xatirə məndən rayonda qalmağa yeri olmadığını bildirdi, Bakıya getməkdə ona köməklik göstərməyimi xahiş etdiOnunla çətinliklə razılaşdım. Özüm rayonda kirayədə yaşayırdım, həftədə bir dəfə Bakı şəhərinə gedib-gəlirdim.

Xatirə də mənimlə gedib-gəlməyə başladı. Bu gediş-gəlişlərdə Xatirə ilə yaxın münasibətim yarandı”.

“Məni hədələdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, ilk dəfə Xatirə ilə 2023-cü ilin əvvəllərində rayonda kirayə yaşadığı evdə cinsi əlaqədə olub: “Onun əvvəllər evlənərək boşandığından xəbərim vardı. Həmin gün Xatirə yataqda mobil telefonla mənim şəklimi çəkdiyini dedi. O, cinsi əlaqədə olan zaman şəklimizi çəkmişdi.

Fotoda mənim üzüm tam görünürdü, Xatirənin üzü yox. Ondan şəkli nə səbəbə çəkdiyini soruşdum, “çəkmişəm də, şəkildi” deyə laqeyd cavab verdi.

Sonralar şəkli ətrafıma və ailəmə yayacağını bildirərək məni dəfələrlə hədələməyə başladı. Bu səbəbdən onun mobil telefonunu sındırdım, sonra ona mobil telefon aldım”.

“Mən ağlamamışam”

Mübariz qeyd edib ki, Xatirə onunla öpüşən vaxt bir şəkil də çəkib və yenə onu şantaj etməyə davam edib: “Hətta evimə və ailəmə də zəng etməyə başladı.

Xatirəni sakitləşdirmək, münasibətləri normal saxlamaq üçün onun istəklərini məcburiyyət qarşısında yerinə yetirirdim. Onu müxtəlif rayonlara gəzməyə aparırdım. Münasibətlərimiz bir az pisləşən kimi məni yenə hədələməyə başlayırdı.

Qətl hadisəsindən təxminən 20 gün əvvəl Xatirə kollecin direktoruna məndən şikayət etdi. Abrımdan utanaraq ərizə yazaraq işdən çıxdım. Sonrakı günlərdə də Xatirə mənimlə təhdidlə danışdı. Mənimlə bir evdə yaşamaq istədiyini dedi.

Xatirənin anası Sevilə “qızın məndən əl çəkmir” deyəndə, o, “mən atasına deyərəm, tənbehini görər” deyə cavab verdi.

Xatirə zəng etdi, soruşdu ki, “anama niyə zəng etmisən, anam mənə sənin telefonda ağladığını dedi”. Mən də cavab verdim ki, “mən ağlayıb eləməmişəm, anana demişəm ki, sən məndən əl çəkmirsən”.

Избранный
2
9
publika.az

10Источники