RU

Azyaşlının mədəsindən 50 ədəd maqnitli top çıxarılıb

Rostovda cərrahlar azyaşlı uşağın mədəsindən 50 ədəd maqnitli top çıxarıblar.
 
7News.Az xarici mətbuata istinadən bildirir ki, valideynlər maqnit topları oğlunun incə motor bacarıqlarını inkişaf etdirməsinə kömək etmək üçün aldıqlarını bildiriblər.

Uşağın topları udduğunu deməsi ilə hadisədən xəbərdar olan valideynlər onu təcili olaraq xəstəxanaya çatdırıblar. Müayinə zamanı boğaz və mədədə toplar  aşkarlanması ilə azyaşlı təcili olaraq əməliyyat olunub.
 
Onun mədəsindən 50 ədəd maqnitli top çıxardılıb.
 
7News.Az
 

Избранный
7
7news.az

1Источники