RU

Zelenski Trampla görüşməkdə israrlıdır: Səfər etdiyi ABŞ-də qalma müddətini uzatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də qalma müddətini uzadıb.
Buna səbəb Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Trampla görüşmək istəyi olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN mənbələrə istinadən məlumat verib.
Mənbələrin məlumatına görə, Zelenskinin ABŞ-ni tərk edəcəyi gözlənilirdi, lakin Trampla görüş üçün ölkədə qalma müddətini daha bir gün uzatmağa hazır olub.
Qeyd edək ki, daha əvvəl Tramp Zelenski ilə sentyabrın 27-də Nyu-Yorkda görüşmək niyyətində olduğunu bildirmişdi.
Tramp "Truth Social" səhifəsində Zelenskinin görüş təklif etdiyi məktubu dərc edib.
"Mən sizin fikirlərinizi birbaşa və öz dilinizdən eşitmək istəyirəm", - deyə Ukrayna lideri məktubda yazıb.
Zelenski, həmçinin mesajında ​​Trampı əmin edib ki, onunla bağlı hər şey haqqında həmişə hörmətlə danışır.
"Hesab edirəm ki, biz şəxsi əlaqə yaratmalı və bir-birimizi 100% başa düşməliyik", - deyə Zelenski əlavə edib.
Qeyd edək ki, daha əvvəl ABŞ KİV-də dərc olunan xəbərlərdə Ukrayna rəsmilərinin ölkə prezidentinin respublikaçı ilə görüşməyi planlaşdırdığı barədə açıqlamalarına baxmayaraq, Tramp və Zelenski arasında görüşün əvvəldən təyin olunmadığı və buna görə də baş tutmayacağı bildirilmişdi.
Избранный
7
50
oxu.az

10Источники