Vətən Müharibəsinin 4-cü ildönümü ilə əlaqədar müdafiə naziri Zakir Həsənov və nazirliyin şəxsi heyəti II Fəxri Xiyabanı ziyarət edib.
E-huquq.az-ın məlumatına görə, onlar şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.