RU

Zaqatala və Qax Olimpiya İdman Komplekslərinə baxış keçirilib

Zaqatala

Bakı, 27 sentyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, F.Qayıbov kompleksdəki yenidənqurma işlərinin gedişatı, keyfiyyətli və sürətli aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

Nazir Qax Olimpiya İdman Kompleksinin vəziyyəti ilə də tanış olub. Məşq və yarış zallarına, stadiona, üzgüçülük hovuzuna baxış keçirilib. Fərid Qayıbov komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

O, həmçinin Respublika Olimpiya İdman Liseyinin Qax filialının fəaliyyəti ilə maraqlanıb. Nazir qarşıda duran işlər barədə məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, lisey şagirdləri ilə söhbət edib, onların tədris və məşq şəraitləri ilə maraqlanıb.

Избранный
1
15
azertag.az

10Источники