RU

Daha bir qələm adamını itirdik: yazıçı, şair, filosof... - FOTOLAR

Daha bir qələm adamını itirdik: yazıçı, şair, filosof... - FOTOLAR

Azərbaycanın ədəbi və elmi ictimaiyyətinə itki üz verib. 

Azərforum xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filosof, yazıçı və şairə Göyərçin Kərimi vəfat edib. Bu barədə saytımıza mərhumənin qələm yoldaşı, şair və jurnalist Əvəz Qurbanlı məlumat verib.

Ə.Qurbanlının sözlərinə görə, uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Göyərçin Kərimi 2024-cü il sentyabrın 18-də Bakı şəhərində yerləşən Mərkəzi Klinikada infarkt səbəbindən dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Kərimi Göyərçin Şahlar qızı 1959-cu il martın 26-da Beyləqan rayonunun Əmirzeyidli kəndində ziyalı ailəsində dünyaya gəlib. Əslən Beyləqanın Şahsevən kəndindəndir.

Orta təhsilini doğulduğu kənddə alıb. Azərbaycan Pedaqoji Universitetinin "Tətbiqi riyaziyyat" fakultəsini bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb. Prezident Administrasiyasında, Nizami rayon İcra Hakimiyyətində, Kəndli Fermer Təsərrüfatı İttifaqında və digər yerlərdə çalışıb.

Ömrünün beş ilini xaricdə yaşayıb. Vətənə döndükdən sonra ədəbi fəaliyyətlə məşğul olan Göyərçin Kərimi, eyni zamanda istedadlı fikir adamı kimi də özünü göstərib. Onun fəlsəfə sahəsində yazdığı əsərlər elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. "Məni məhəbbət çağırır", "Qar gecəsi", "Dənizdən insan çıxır", "Məhəbbət və doqquz görüş", "Bir dəstə çiçək", "Dünya iradə və təsəvvür kimi", "Günbatanın məsum qızartısı" adlı kitabların müəllifidir.

"Din və fəlsəfə", "Nəcib ruhun etirafı", "Diqqətin metafizikası", "İdraki vəcd", "Gözəllikdən xöşbəxtliyə", "Musiqinin metafizikası yoxdur" və s. esseləri var. 

Bir neçə xarici dil bilirdi. Ailəli olsa da övladı yox idi.

Избранный
1018
azerforum.com

1Источники