RU

“Qarabağ” “Tottenhem”ə səfərdə məğlub oldu

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində “Tottenhem”lə qarşılaşıb.

Arena.az xəbər verir ki, Ağdam klubu güclü rəqibi ilə Londonda üz-üzə gəlib.

İngiltərənin paytaxtında keçirilən qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edib. Oyun öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 23:00-da başlamayıb. Buna qonaq komandanın Londonda tıxaca düşməsi səbəb olub. Bu üzdən qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:35-də səslənib.

İngiltərə təmsilçisi doğma meydanda baş tutan bu oyunda darmadağına sevinib. Azərbaycan çempionu da güclü rəqiblə çətin səfər oyununda ən azı uduzmamaq üçün mübarizə aparıb. Amma təəssüf ki, rəqibin hətta ilk dəqiqələrdən azlıqda qalması da bu yolda Ağdam klubuna kömək etməyib.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ı daha 7 komanda ilə görüş gözləyir.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur

26 sentyabr

Tottenhem – Qarabağ 3:0
Qollar: Brennan Conson, 12. Pape Sarr, 53. Dominik Solanke, 68.
Matçın 58-ci dəqiqəsində Toral Bayramov penaltidən yararlana bilməyib (qapı tiri).
Qırmızı vərəqə: Radu Draquşin, 8.
Baş hakim: Villi Delajo (Fransa).
London. “Tottenhem” stadionu.

Tottenhem: 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın Min Son (k) (16. Timo Verner, 71), 8. İvs Bissuma (30. Rodriqo Bentankur, 71), 14. Arçi Qrey, 15. Lukas Berqvall (13. Destini Udoqi, 12), 19. Dominik Solanke (47. Mayki Mur, 84), 22. Brennan Conson (21. Deyan Kuluşevski, 46), 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven.
Ehtiyat oyunçular: 20. Freyzer Forster, 30. Brendon Austin, 10. Ceyms Meddison, 23. Pedro Porro, 42. Uilyam Lankşir.
Baş məşqçi: Angelos Postekoqlu.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva (30. Abbas Hüseynov, 79), 6. Julio Romao (15. Leandro Andrade, 67), 7. Yassin Benzya, 10. Abdullah Zubir (8. Marko Yankoviç, 79), 13. Bəhlul Mustafazadə, 18. Olavio Juninyo, 27. Toral Bayramov (11. Emmanuel Adday, 67), 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 66. Patrik Andrade.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Избранный
13
4
arena.az

10Источники