RU

Avroliqa: "Qarabağ" üçüncü qolu buraxdı (YENİLƏNİR)

"Qarabağ" bu gün UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubu ilə üz-üzə gəlir.

Qaynarinfo xəbər verir ki, Liqa mərhələsinin I turunun matçı Londonda keçirilir.

"Tottenhem Hotspur" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da, Londondakı tıxac problemi matçın startını 35 dəqiqə yubadıb. Bu səbəbdən oyun 23.35-də başlayıb. Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.

Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin "Malmö" kollektivini qəbul edəcək. "Tottenhem" isə Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Avropa Liqası
Liqa mərhələsi
I tur

26 sentyabr
23.35 Tottenhem (İngiltərə) - Qarabağ (Azərbaycan) 3:0
Qollar: Brennan Yonson, 22. Pape Sarr, 53. Dominik Solanke, 69.
Dəqiq olmayan penalti: Toral Bayramov, 58.
Qırmızı vərəqə: Radu Draquşin, 8 (Tottenhem).
Tottenhem: 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın-Min Son (k), 8. İves Bissuma, 14. Arçi Qrey, 15. Lukas Berqvol, 19. Dominik Solanke, 22. Brennan Yonson, 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven.
Ehtiyat oyunçular: 20. Fraser Forster, 40. Brandon Austin, 10. Ceyms Maddison, 13. Destini Udogie, 16. Timo Verner, 21. Dejan Kuluşevski, 23. Pedro Porro, 30. Rodriqo Bentanku, 42. Uil Lankserar, 47 Mike Mur.
Baş məşqçi: Anje Postekoqlu.
Qarabağ: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 18. Juninyo, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97.Fabian Buntiç,8. Marko Yankoviç 30. Abbas Hüseynov, 20.Riçard Almeyda, 21.Aleksey Kaşuk,  24.Aleksey İsayev, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11.Emmanuel Adday.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Villi Delajo (Fransa).
London, "Tottenhem Hotspur" stadionu.
Избранный
5
11
qaynarinfo.az

10Источники