RU

"Qarabağ" oyunçuları Londonda tıxaca düşdü: Matç gecikir

Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə “Qarabağ” futbolçularını daşıyan avtobus tıxaca düşüb.


News365.az xəbər verir ki, bu barədə CBC Sport-un canlı yayımında məlumat verilib.


Bildirilib ki, bu səbəbdən “Tottenhem” - “Qarabağ” matçının gec başlayacağı ehtimal olunur.


Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində “Tottenhem” (İngiltərə) – "Qarabağ"la qarşılaşacaq. Oyun "Tottenhem Hotspur" stadionunda keçiriləcək.


Əlavə edək ki, daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.


***


"Qarabağ" klubunun heyəti Londonda tıxaca düşdüyündən oyun gözlənildiyi vaxtdan yarım saat gec, 23:30-da başlayacaq.


Bu barədə “Skay Sports” məlumat yayıb.

Избранный
14
7
news365.az

10Источники