RU

Xiaomi 14T və 14T Pro smartfonları təqdim edilib - QİYMƏTİ

     Xiaomi şirkəti qlobal bazarda Xiaomi 14T smartfon seriyasını təqdim edib. Təqdim edilmiş bu seriyaya iki model daxil oldu. Xiaomi 14T və Xiaomi 14T Pro. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onlar bəzi texniki göstəricilər baxımından bir-birilərindən fərqlənirlər. Beləliklə hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Smartfonların ekranlarında maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edir və onlar Xiaomi Shield Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Adi Xiaomi 14T modeli MediaTek Dimensity 8300-Ultra prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib.     Xiaomi 14T Pro modelinə gəldikdə isə o, MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda hər iki smartfon 50 MP + 12 MP + 50 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Üstəlik hər iki smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi 14T modeli 67 vatt gücündə sürətli şarj texnologiyasını, Xiaomi 14T Pro modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Bununla yanaşı Xiaomi 14T Pro modeli 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Smartfonlar yaxın zamanda satışa çıxacaqlar. Xiaomi 14T-nin qiyməti 650 avrodan, Xiaomi 14T Pro-nun qiyməti isə 800 avrodan start götürəcək.

Избранный
14
technote.az

1Источники