RU

Türkiyədən Anım Günü ilə bağlı bəyanat

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü və 27 sentyabr – Anım Günü münasibətilə bəyanat yayıb.Elchi.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat dərc olunub.Məlumatda nazirliyin sözçüsü Zəki Aktürk Türkiyə ilə Azərbaycanın iki dövlət, bir millət olduğunu diqqətə çatdırıb:“İki dövlət, bir millət” anlayışı ilə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın 20 Sentyabr – Suverenlik Gününü bir daha təbrik edir, qəhrəman Azərbaycan Ordusunun işğal altındakı öz torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən Vətən müharibəsinin dördüncü ildönümü, eləcə də 27 Sentyabr – Şəhidləri Anma Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət və minnətlə, qəhrəman qazilərimizi şükran və hörmətlə yad edirik”.

Избранный
5
41
elchi.az

10Источники