RU

KİV: Zelenski 2025-ci ildə prezident seçkiləri keçirməyi planlaşdırır

Volodimir Zelenski 2025-ci ildə Ukraynada prezident seçkiləri keçirməyi planlaşdırır...

“Report” xəbər verir ki, məlumatı “The Economist” yayıb.

Məlumata görə, Ali Radadakı bütün siyasi partiyalar 2023-cü ildə ölkədə münaqişə bitənə qədər bütün seçkiləri təxirə salmağa razılaşdırıb.

Prezidentliyə iddialı namizədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdır.

Nəşr qeyd edir ki, Ukrayna seçiciləri ölkəyə rəhbərlikdə yeni liderlər görmək istəyir.

Zelenski 2019-cu il mayın 20-dən Ukraynanın prezidentidir.

Poliqon.info 

Избранный
8
5
poliqon.info

10Источники