RU

Azərbaycanın mina problemi NATO-da müzakirə edilib

Azərbaycanın mina problemi və onun aradan qaldırılması sahəsində NATO-nun maliyyə və texniki dəstəyi Alyansın Avro-Atlantika Tərəfdaşlıq Şurası iclasında müzakirə edilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Demedia.az-a verilən məlumata görə, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (EAPC) formatında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və Atıcı Silahlar və Mina Fəaliyyəti üzrə "Ad hoc" İşçi Qrupunun iclasında iştirak edib. İclasa NATO-nun üzv və tərəfdaş dövlətlərinin nümayəndələri, eləcə də Alyansın aidiyyəti strukturlarından nümayəndələr qatılıblar.

Избранный
30
21
demedia.az

10Источники