RU

DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı

Bakı. Trend:

DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 3milyona çatıb. 3 milyonuncu vətəndaşa Zəngilan rayonunun Ağalıkəndindəki "Smart DOST" məntəqəsində xidmət göstərilib.

Bu barədə Trend-ə DOST Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin vətəndaş Ağalı kənd sakini Fərhadova ElnarəYusif qızı olub və o, müraciətinə uyğun DOST xidməti ilə təminedilib.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Azər ƏliyevE.Fərhadova ilə görüşərək DOST mərkəzlərində xidmət göstərilən 3milyonuncu vətəndaş olması münasibəti ilə təbrik edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cuilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST mərkəziaçılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsüolan DOST konsepsiyası 160 sosial xidmətin “bir pəncərə”dən,operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkanverib.

DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verilib,vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,3 faizolduğu bildirilib.

E.Fərhadova "Smart DOST" məntəqəsində müraciətinin operativ vəmüsbət cavablandırılmasından, ümumən göstərilən DOST xidmətlərindənməmnunluğunu ifadə edib.

Qeyd edək ki, artıq Bakı şəhəri, Abşeron rayonu, eləcə də Bərdə,Tərtər, Ağdam, Şuşa, Ağcabədi, Xocalı, Füzuli, Xocavənd rayonlarıvə Xankəndi şəhəri DOST xidmətləri ilə əhatə olunub. Hazırda DOSTxidmətləri şəbəkəsinin digər bölgələrimiz üzrə də genişləndirilməsiüçün işlər aparılır.

DOST
DOST
DOST
DOST
DOST
DOST
Избранный
10
7
az.trend.az

8Источники