RU

Xankəndidə tapılan minalar ADEX-də nümayiş olunur - FOTO

Ötən il keçirilən antiterror əməliyyatlarından sonra azad edilən Xankəndidə çox sayda minalar aşkarlanmışdı. Onların içində ən çoxu tələ-minalardır.

ANAMA-ın əməliyyat idarəsi, təlim və metodoloji təminat şöbəsininin baş mütəxəssisi Musa Məmmədov Trend-ə açıqlamasında bildirib ki, Xankəndi şəhərində tapılan minaların bəzi nümunələri Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisində nümayiş olunur.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

 
 
 
 


Избранный
8
49
7news.az

10Источники