RU

Unibank “Yaşıl maliyyə” konfransının dəstəkçisidir (FOTO)

Bakı. Trend:

Unibank Azərbaycanda Amerika Ticarət Palatasının (AmChamAzərbaycan) təşkilatçılığı ilə Bakıda 24 sentyabr tarixindəkeçirilən "Yaşıl maliyyə" konfransının əsas dəstəkçilərisırasındadır. Konfransın dəstəkçiləri siyahısında “Unicapital”İnvestisiya Şirkəti də yer alıb. Noyabr ayında ölkəmizdə baştutacaq mötəbər COP29 tədbiri ərəfəsində iqlim gündəliyinin əsasmövzularından olan yaşıl maliyyələşmənin mobilizasiyası üzrəmaraqlı çıxışların səsləndiyi konfransda, hökumət rəsmiləri,beynəlxalq ekspertlər və yerli maliyyə qurumlarının rəhbərləriiştirak edib.

“Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşov konfransın“Dayanıqlı maliyyə məhsulları”na həsr olunan panelində çıxışedərək, Azərbaycan maliyyə institutları üçün iqlim dəyişmələri vəiqlim gündəliyi fonunda dayanıqlı və yaşıl maliyyə məhsullarınıninkişaf etdirilməsinin zərurəti, o cümlədən “Unibank”ın yaşılmaliyyə məhsullarının hazırlanması və dayanıqlı maliyyəistiqamətində addımlar amağa başladığını qeyd edib. İdarə Heyətininsədri vurğulayıb ki, yaşıl istiqrazların və digər yaşıl maliyyəməhsullarının inkişafı ölkəmizdə dayanıqlı maliyyə axınlarınınformalaşmasına, “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” milliprioritetinin reallaşmasına töhfə verəcək.

“Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru VüqarNamazovun moderatorluq etdiyi “Yaşıl investisiya və infrastruktur”panelində dayanıqlı maliyyə axınlarının inkişafının dəstəklənməsiüzrə adekvat infrastrukturun formalaşdırılması istiqamətindəmüzakirələr aparılıb. Sözügedən paneldə “Unibank”ın Dayanıqlılıqüzrə Meneceri Səmra Talışinskaya-Abbasova yaşıl maliyyələşmənintəşviqi, habelə ətraf mühit və sosial risklərin idarə edilməsiistiqamətində texnoloji innovasiyaların tətbiqinin əhəmiyyəti üzrəçıxış edib.

Konfrans çərçivəsində Yaşıl maliyyənin inkişafı ilə bağlımüxtəlif təkliflər irəli sürülüb.

Unibank-Sənin Bankın!

Unibank
Unibank
Избранный
8
12
az.trend.az

10Источники