RU

"Coca-Cola" bu növlərini bazardan yığışdırır

\"Coca-Cola\" iki növünün istehsalını dayandırır.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına görə boykot edilən və satışını azaltmaq məcburiyyətində qalan məşhur içki şirkəti  \"Coca-Cola\" iki növünün istehsalını dayandıracağını açıqlayıb.
 
Şirkət bazara çıxdıqdan cəmi 7 ay sonra satışı kəskin azalan \"Spiced\" və \"Spiced Zero Sugar\"ın istehsalını dayandırdığını açıqlayıb.

Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bildirilib: \"Biz mütəmadi olaraq istehlakçılarımızın zövqünü nəzərdən keçiririk və məhsul çeşidimizi buna uyğun tənzimləyirik\".
 
Qeyd edək ki, \"Coca-Cola\" İsrailin Qəzzaya etdiyi hücumlar səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biridir.
 
Gülay
Избранный
9
1
azxeber.com

2Источники