RU

“Düşünürəm ki, bu hücumçular “Tottenhem”in də öhdəsindən gələ bilər” – mütəxəssis “Qarabağ” yol göstərdi

Bilindiyi kimi, bu axşam “Qarabağ” Avropa Liqasında ilk sınağına çıxacaq. Rəqibin “Tottenhem” olması hər nə qədər həyəcanlandırsa da, ağdamlılara ümid böyükdü. Qurban Qurbanovun kollektivi bizi bu gün Londonda təəccübləndirə bilər.

Bəs “Qarabağ” rəqibdən xal ala bilmək üçün nə etməlidi?

Bu sualı təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq. Onun “Football-plus.az”a açıqlanması:

“Hamımız bilirik ki, "Qarabağ" ağır oyuna çıxacaq. Ən azı premyer-liqanın adlı-sanlı, köklü klubu olan "Tottenhem"ə qarşı oynayırlar. Hesab edirəm ki, maraqlı oyun izləyəcəyik. Amma bu o qədər keçilməz rəqib də deyil. Əslində "Qarabağ"ın üstün tərəfi hücum xəttidi, çox sürətli hücumçulara malikdi. Bu oyunçuların "Braqa"ya, "Bayer-04"ə qarşı necə mübarizə apardığını görmüşük. Məsələn, "Bayer"lə "Tottenhem"i müqayisə etsək, ikisi də eyni səviyyədə olan komandadı. Belə bir rəqiblərə qarşı oynayarkən mərkəz müdafiəçilərindən qaçıb qol vurmaq və ya qol vəziyyəti yaratmaq imkanları olurdu. Düşünürəm ki, bu hücumçular "Tottenhem"in öhdəsindən də gələ bilərlər. Həm də rəqib son dövrlərdə həddən artıq aqressiv, öndə pressinqə əsaslanan oyun sərgiləyir. Bu pressinq onun sayəsində baş verir ki, mərkəz müdafiəçiləri belə rəqib meydançasına keçib orda oynayan oyunçuları təzyiq altında saxlayırlar. Məşqçilər bunu bilir ki, mərkəz müdafiəçiləri bu qədər önə çıxırlarsa, arxada böyük boşluqlar yaranır. “Qarabağ” bu boşluqlardan istifadə edə bilər. Hər halda, xeyrimizə olan tərəflərdən biri də rəqibin heyətində 3-4 əsas oyunçunun olmayacağıdı. Yəni Braziliya millisinin üzvü Rişarlisonun olmaması "Qarabağ" üçün yaxşıdı. Çox təhlükəli hücumçu idi. Onun olmaması bizə üstünlük verir. Həm də bir mərkəz müdafiəçiləri yoxdu. Üç güclü oyunçusu bu gün olmayacaq. Amma "Qarabağ"ın da zədəliləri var, onların bu oyuna nə qədər hazır olduğunu bilmirəm. 100 faiz hazır olmaları üçün zaman lazım idi. Xal qazanmaq baxımından fovorit "Tottenhem" olsa da, "Qarabağ"ın da şansı var. Burda böyük hesab, çox qol olmayacaq. Oyunun heç-heçə ilə bitmək ehtimalı da böyükdü”.

RÖYANƏ OĞUZ
Избранный
4
10
football-plus.az

10Источники