RU

Paşinyan sülh sazişindən danışdı- Cop-29-a kimi imzalama təklifi verdi

Ermənistanın sülh danışıqları ətrafında açıqlamaları davam edir. Aylardır ki, Ermənistan sülh sazişi ilə bağlı masaya oturmur. Hər dəfə razılıq əldə olunanda müxtəlif təxribatlara yol verir, prosesdən qaçır.


Təbii ki, buna əsas səbəb Ermənistanın Qərbin, Aİ-nin əlində oyuncağa çevrilməsidir. Onlar nə deyirlərsə, Ermənistan da həmin addımı atır.

Ancaq Ermənistan anlamalıdır ki, onun gələcəyi və inkişafı Azərbaycanla münasibətlərindən, sülh sazişindən asılıdır.

Görünür, bu həqiqəti Ermənistanın baş naziri Paşinyan yavaş-yavaş anlayır.

News365.az-ın məlumatına görə Paşinyan deyib ki, Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir.

Paşinyan deyib ki, məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.

Bundan öncəki açıqlamasında isə Paşinyan qeyd edib ki, İrəvan razılaşdırılmış maddələr əsasında Azərbaycanla sülh sazişi imzalamağa və gələcək müzakirələri davam etdirməyə hazırdır.

“Təxminən iki il davam edən danışıqlar nəticəsində Ermənistan və Azərbaycan sülh sazişinin mətni üzrə təxminən 80% razılığa gələ bildilər. Biz təklif etdik ki, Azərbaycan yaxın gələcəkdə razılaşdırılmış müddəaları imzalasın, diplomatik əlaqələr qursun və davam etsin. Sonra isə qarşılıqlı əhəmiyyət kəsb edən bütün məsələlər üzrə danışıqlar aparılsın”, – Ermənistanın baş naziri BMT Baş Assambleyasında çıxışında demişdi.

Azərbaycan hər zaman sülhdən yana olduğunu dəfələrlə bəyan edib. Ekspertlər hesab edirlər ki, Ermənistanın pozucu fəaliyyətləri olmasa, şərtlərimizi qəbul edərlərsə yaxın zamanda sülh sazişi imzalana bilər.

Избранный
4
2
news365.az

3Источники