RU

Azərbaycanda kişilər niyə gec evlənir? - AÇIQLAMA

Ölkəmizdə ailə quran gənc oğlanların yaş həddi 27-30-a qədər yüksəlib. Bir qismi isə artıq evlilik barədə düşünmür və bu hal kişilərin niyə gec evləndiyini düşünməyə vadar edir.

 

Bəs nəyə görə kişilərin evlilik yaşı artıb?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, oğlanlar əvvəlki kimi 20-24 yaşlarında deyil, daha gec evlənməyə üstünlük verirlər. Oğlanların gec evlənmələrinin bir sıra səbələri var.

 

“Əsas səbəblərdən biri gənclərin gözləntilərinin artmasıdır. Əvvəlki dövrlə müqayisədə indiki nəslin gəncləri çox dəyişib. İnsanlar az miqdarda olan maddi təminatla xoşbəxt ola bilirdilər. Amma indi elə deyil”.

 

Psixoloq qeyd edib ki, gec evlənən ailələrdə çox uşaqlı olmağa da meyil az olur. Bu da əhalinin artım tempinə mənfi təsir göstərir. Mütəxəssis gənclərin övlad sahibi olmaqdan, gələcəkdə bu öhdəliyin ağır olacağından çəkindiklərini də deyir.

 

"Oğlanlarda, hətta xanımlarda da 25-26 yaş həddi ailə qurmaq üçün münasibdir. Çünki yaş artdıqca insanların evliliyə olan marağı azalır”.

 

Ülkər Abdurahmanlı

 

Избранный
14
23
sfera.az

10Источники