RU

Nyu-Yorkda keçiriləcək üçtərəfli görüşün dəqiq vaxtı məlum oldu

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan xarici işlər nazirləri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10:15-də (Bakı vaxtı ilə 18:15-də) keçiriləcək.

Korrespondent.az bildirir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Bu, Blinkenin azərbaycanlı və erməni həmkarları ilə üç ay müddətində ABŞ ərazisində ikinci üçtərəfli görüşü olacaq.

Xatırladaq ki, diplomatlar bu tərkibdə sonuncu dəfə Vaşinqtonda keçirilən NATO sammiti zamanı bir araya gəlmişdilər.

Избранный
29
11
korrespondent.az

10Источники