RU

Kiloqramı 5 manatdır, hektara 1 000 manat xərcləyib - 4 000-5 000 MANAT GÖTÜRÜRLƏR

Azərbaycanda becərilən maraqlı tarla bitkilərindən biri də küncütdür.

Hektara 1-1,5 kiloqram toxum səpməklə 2-2,5 ton məhsul götürmək mümkündür - FOTOLAR

FED.az xəbər verir ki, taxıl, buğda, arpa kimi yayılmasa da, ölkənin müxtəlif ərazilərində küncüt də əkilir və kifayət qədər gəlirlidir.

Bölgələrdəki fermerlərin məlumatına görə, küncüt əsasən ikinci əkin kimi, buğda və arpanın əvəzləyicisi kimi, may ayında əkilir.

Fermerlər küncütün taxıl bitkiləri ilə müqayisədə çox zəhmət, xüsusilə əl işi tələb edən bitki olduğunu bildirirlər. Onun məhsuldarlığı isə torpaqdan, aqrotexniki qulluğun nə qədər səliqəli aparılmasından və ümumiyyətlə əkinə sərf edilən zəhmətdən asılıdır. Məhz zəhmətsevən bitki olduğu üçün küncütün əkilməsinə maraq  o qədər də yüksək deyil. Əvəzində küncütün qiyməti daha yüksəkdir - bu sahədə fəaliyyət göstərən fermerlər bildirir ki, küncütün kiloqramı bəzən 5 manata da satılır.

Fermerlərin FED.aza verdiyi məlumata görə, küncütün 1 hektarının əkilib becərilməsi təqribən 1 000 manata başa gəlir. Alınan məhsuldarlıq isə 700-1 000 kiloqram arasındadır.

Saatlı rayonunun Əhmədbəyli kəndində küncüt əkini ilə məşğul olan fermer İmanov Şahmurad Əfqan oğlunun sözlərinə görə, 1 hektar əraziyə 2 kiloqram toxum səpilir, adətən küncütün toxumunu qumla qarışdıraraq səpirlər.

Küncütün əkilməsi zamanı torpağın şumlanması təqribən 70 manatdır, əvvəlki illərdə bu rəqəm 50 manat olub, amma bu ildən qiymətlər yüksəlib. Şumdan sonra yerin malalanması işləri gəlir - 1-ci və 2-ci mala 50 manatdır. Yerin əkilməsi isə 1 hektara 25 manata başa gəlir, bu xərc də ötən illə müqayisədə artıb – keçən il qiymət 20 manat idi. Əkin sahəsinə səpilən toxumun kiloqramı 10 manatdır, bir hektara, deyildiyi kimi,  20 manatlıq toxum səpilir.

Küncüt su tələb edən bitki deyil – taxıldan fərqli olaraq onu bir dəfə suvarmaq kifayət edir. Ondan sonra sahəyə gübrə verilir və sahə dərmanlanır. Ümumiyyətlə əkin prosesində sahə zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanır, bu baxımdan küncüt əl əməyi tələb edən əziyyətli bir sahədir.

Belə ki, 90–120 gün ərzində məhsul yetişir. Taxıl və ya pambıqdan fərqli olaraq küncütün biçilib yığılmasında texnikadan demək olar istifadə edilmir. Məhsul yetişəndə, bitkinin yarpaqları tökülür və onun əllə yığılması başlayır. Bəzi xarici ölkələrdə olsa da, Azərbaycanda hələlik küncütün yığılması üçün texnika yoxdur və o əl ilə çıxarılır, topalarla bağlanır və qurudulur. 15 gün quruma prosesindən sonra məhsulun təmizlənməsi prosesi başlayır. Fermerlərin əksəriyyətini bunu evdə əllə həyata keçirirlər.

Ümumilikdə 1 hektar əkin sahəsinin əkilib becərilməsi və məhsul yığımı 1 000 manata başa gəlir.

Küncütün ağ, qara və qəhvəyi növləri olur, Azərbaycanda yerli fermerlər əsasən qəhvəyi küncüt əkirlər.

Küncütün məhsuldarlığı torpaqdan çox asılıdır, qumsal torpaqda məhsul daha yüksək olur. Adi sahələrdə 1 hektardan 700 kiloqram, daha münbit qumsal torpaqlardan isə 1 tona qədər məhsul götürmək mümkün olur. Amma müasir texnikadan istifadə etməklə məhsuldarlığı daha da yüksəltmək olar. Məsələn, Azərbaycanda küncüt əkinlərində sıra məsafəsi adətən 90 sm olur, xaricdə isə bu məsafə 60 sm-dir, yəni əkinlər daha sıxdır və məhsuldarlıq da yüksəkdir. 

Qeyd edək ki, küncüt birinci əkin kimi əkilmir, ikinci əkin bitkisidir. O torpaqda 20-25 dərəcə istilik olanda əkilməlidir, bu da ikinci əkin dövrünə təsadüf edir.

Qeyd edildiyi kimi, küncütün qiyməti 5 manat ətrafındadır, amma bu il qiymətlərin daha yüksək olacağı istisna deyil, səbəbi ona tələbatın artmasıdır.

Fermerlər küncütün satışından şikayətlənmirlər. Fermer İmanov Şammuradın sözlərinə görə, küncüt əsasən şirniyyat və dərman şirkətlərinə satılır: «Mən indi əkdiyim küncütün normal satışını edirəm, il ərzində 4-5 ton, bəzən hətta 10 tona qədər məhsulu rahat sata bilirəm, bir sözlə məhsulumuz əlimizdə qalmır».

Qeyd edək ki, küncüt bir çox şirniyyatlarda, qənnadı məhsullarının tərkibində, yağlarda , eləcədə dərman hazırlanmasında istifadə olunur və bir çox xəstəliklərin dərmanıdır. Küncütün yağı alındıqdan sonra onun qurusu başqa fabriklərdə şirniyyatların və un məmulatlarının, məsələn «Simit» bulkalarının və ya çörəklərin tərkibində istifadə olunur.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin qəbulunda olan fermer İmanov Şammurad bildirir ki, “Nazirlikdən aldığım məlumata görə 1 il ərzində Azərbaycanda 500 – 550 ton arası küncüt idxal olunur yəqinki bu bir hektardan biz 700 maksimum 800 və ya 1 ton götürürüksə bu 500 hektar 550 hektrardan toplanan məhsul deməkdir. Xaricdən idxal olunan mal ağ küncütdür, Azərbaycanda isə qəhvəyi küncüt əkilir.”

KiloqramıKiloqramıKiloqramıKiloqramıKiloqramı
Избранный
9
fed.az

1Источники