RU

"Qalatasaray" Yunanıstan klubuna qalib gəldi

2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsində I tura bu gün start verilib.   Manset.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub. Maraqla gözlənilən oyunlardan biri Türkiyədə keçirilib. "Qalatasaray” doğma meydanda Yunanıstan təmsilçisi PAOK-un öhdəsindən gəlib. İngiltərənin "Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi "Tvente”ni minimal hesabla yenib. "Qarabağ” klubunun rəqiblərindən olan İsveçin "Elfsborq” komandası səfərdə Niderlandın AZ klubuna uduzub. "Budyo-Qlimt” (Norveç) isə evdə azlıqda qalmasına baxmayaraq, "Portu”dan (Portuqaliya) üstün olub.   UEFA Avropa Liqası Liqa mərhələsi Ətraflı I tur AZ (Niderland) – "Elfsborq” (İsveç) 3:2 "Budyo-Qlimt” (Norveç) – "Portu” (Portuqaliya) 3:2 "Mançester Yunayted” (İngiltərə) – "Tvente” (Niderland) 1:1 "Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) 3:1 "Dinamo” (Kiyev, Ukrayna) – "Latsio” (İtaliya) 0:3 "Ludoqorets” (Bolqarıstan) – "Slaviya” (Çexiya) 0:2 "Midtyullann” (Danimarka) – "Hoffenhaym” (Almaniya) 1:0 "Nitsa” (Fransa) – "Real Sosyedad” (İspaniya) 1:1 "Anderlext” (Belçika) – "Ferentsvaroş” (Macarıstan) 2:1

Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.

Избранный
13
8
manset.az

10Источники