RU

Zelenski BMT Baş Assambleyasında çıxış edib

Ukrayna prezidenti Volodimir Zelenski Nyu Yorkda BMT Baş Assambleyasında çıxış edib. Zelenski çıxışının əvvəlində nüvə təhlükəsizliyi hədəsindən söz açıb və deyib ki, Rusiya bu hədəni Zaporojye atom elektrik stansiyasını zəbt etməklə yaradıb. Zelenski diqqəti belə bir məqama çəkib ki, hazırda Rusiyanın hava və yer zərbələrinə görə Ukraynanın enerji infrastrukturunun bir çox obyektləri sıradan çıxıb. Ukrayna prezidentinin sözlərinə görə nüvə təhlükəsizliyi onun “Ukraynasız ədalətli sülh ola bilməz” adlı sülh formulunun birinci bəndidir. O bəyan edib ki, Rusiya qarşıdan qış mövsümünün gəlməsi ilə bağlı enerji infrastrukturu obyektlərinə hücumlarını davam etdirəcək: “Biz hərbi cinayətlərdə təqsirli olanların hamısını məsuliyyətə cəlb etməliyik”. Zelenskinin sözlərinə görə dünya müstəmləkə müharibələrindən kiçik ölkələrin hesabına çıxa bilib və bu, həmişəlik keçmişdə qalmalıdır: “Mən öz xalqım üçün sülh istəyirəm və sizdən dəstək rica edirəm”. Ukrayna prezidenti bir daha vurğulayıb ki, müharibə onun dondurulması ilə yox, ölkələrin ərazi bütövlüyünə hörmət ehtiva edən BMT Nizamnaməsinin qələbəsi ilə başa çatmalıdır. Zelenski sentyabrın 26-da ABŞ prezidenti Co Baydenlə görüşməlidir. Onun bu görüşdə Baydenə Ukraynanın Rusiya üzərində qələbə planı adlandırdığı təklifi təqdim edəcəyi gözlənilir. AzadlıqRadiosu

Избранный
24
xural.com

1Источники