RU

Yüzdən çox şirkət Aİ süni intellekt paktını imzalayıb

100-dən çox şirkət Avropa İttifaqının (Aİ) könüllü öhdəlikləri özündə əks etdirən süni intellekt paktını imzalayıb.

Aİ Komissiyası texnologiya, telekommunikasiya, səhiyyə, bankçılıq, avtomobil və aviasiya kimi müxtəlif sektorlardan 116 şirkətin Aİ süni intellekt paktını imzaladığını açıqlayıb.

Açıqlamada, müqavilə ilə Aİ-nin süni intellekt qanununun tətbiqindən əvvəl şirkətlərin bu sahədə idarəetmə strategiyası, yüksək risk sistemlərinin müəyyən edilməsi və məlumatlılıq kimi sahələrdə könüllü öhdəliklər götürdüyü bildirilib.

Paktı imzalayan şirkətlər arasında Microsoft, Google, Amazon, OpenAI, Hewlett Packard, IBM, Lenovo, Samsung, Qualcomm, Sap və Adobe var.

Избранный
12
5
aznews.az

6Источники