RU

SOCAR daha bir Türkiyə klubunun sponsoru oldu

“SOCAR Türkiyə” bu ölkənin birinci liqasında çıxış edən “Iğdır” futbol klubunun forma sponsoru olub.

“Qafqazinfo” xəbər verir ki, tərəflər arasında 2024-2025 mövsümünü əhatə edən müqavilə imzalanıb.

İmzalama mərasimində “SOCAR Türkiyə”nin CEO-su Elçin İbadov və “Iğdır”ın prezidenti Cantürk Alagöz iştirak edib. Sözləşməyə əsasən, futbol klubu bütün rəsmi matçlarında formasında şirkətin loqosunu daşıyacaq.

Qeyd edək ki, SOCAR Türkiyənin “Qalatasaray” klubunun da forma sponsorudur.

Избранный
22
3
qafqazinfo.az

4Источники