RU

Türkiyədə ƏMƏLİYYAT: Azərbaycanın göndərdiyi yardımı satan şəxslər TUTULDU – FOTOLAR

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda baş verən hadisə gündəm olub.

Medianews.az xəbər verir ki, sözügedən bölgəyə zəlzələdən zərərçəkənlər üçün göndərilən yardım materialları oğurlanıb.

Zəlzələ zamanı Türkoğlu rayonunda yaradılmış Azərbaycan-Türkiyə Müvəqqəti Sığınacaq Mərkəzində zəlzələdən zərərçəkənlərə göndərilən yardımın məsul şəxslər tərəfindən satıldığı ortaya çıxıb.

Yardımları satdıqları iddia edilən, biri sığınacaq mərkəzi işçisi, biri də müəllim olmaqla 8 nəfər saxlanılıb.

Saxlanılan şəxslərdən 4-ü məhkəmə qərarı ilə həbs olunub.

Türkoğlu icra nümayəndəliyi əməliyyatla bağlı açıqlama yayıb.

“Türkoğlu Prokurorluğunun tədbirləri nəticəsində başlatdığı əməliyyatlarda 2 sənədsiz tapança, 1 sənədsiz ov tüfəngi və bu silahlar üçün sursat, təxmini dəyəri 1,5 milyon TL olan konteyner, elektron əşyalar, qida və məişət materialları ələ keçirilib. Bundan başqa, keçirilən əməliyyatlar zamanı 8 nəfər tutularaq barələrində qanunamüvafiq tədbirlər görülüb, 4 nəfər həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb”,-deyə açıqlamada bildirilir.

Medianews.az

İçlerinden

 

İçlerinden

İçlerinden

Избранный
8
3
medianews.az

5Источники