RU

Ermənistan bir daha razılıq verdi: Azərbaycan bizə qaz satmaq istəyirsə...

Bakının belə bir istəyi varsa, Azərbaycan qazının alınması məsələsi müzakirə oluna bilər.

Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən brifinqdə “Mülki müqavilə” fraksiyasından olan deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan deyib.

II Ümumerməni Sammiti zamanı baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycandan qaz idxal edə biləcəyini istisna etməyib.

“Azərbaycandan qazın alınıb-alınmayacağı, daha çox gələcəyin məsələsidir və bu, sırf nəzəri məsələdir. Kim daha ucuz, keyfiyyətli resurs verirsə, bu məsələ Ermənistanın maraqlarına uyğundursa, təbii ki, müzakirə oluna bilər”, - deputat deyib.

“Ermənistan qaz alsa, Azərbaycandan asılı olacaqmı” sualına hakim fraksiya üzvü vurğulayıb ki, asılılıq yalnız enerji resursları bir mənbədən alındıqda yaranır.

Избранный
3
3
publika.az

8Источники