"Mənim səsim trend olur və hamı pul qazanır".
Publika.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "7 tamam" proqramında deyib. Sənətçi efirdə dediyi sözlərin daha sonra TikTok-da yayılıb, trend olmasından danışıb. O bildirib ki, insanlar onun səsi ilə pul qazanırlar.
"Ona görə də söz vermişəm ki, daha verilişlərdə danışmayacağam" deyə, Əsədova əlavə edib.