RU

UEFA Azərbaycan klublarına ödənişləri artırıb

UEFA "Həmrəylik ödəmələri"ni artırıb. Sport24.az xəbər verir ki, 2024-27-ci illərdə avrokuboklardan gələn gəlirlərin ümumi məbləğinin 7 faizi qitə miqyaslı turnirlərdə iştirak etməyənlər arasında bölüşdürüləcək.
 
Əvvəlki illərdə bu rəqəm 4 faizə bərabər idi.
 
Mütəxəssislər 4,4 milyard avroluq gəlir proqnozlaşdırır. Bu isə klublara ümumilikdə ildə 308 milyon avro ödəniləcəyi deməkdir. Əvvəl bu rəqəm 176 milyona bərabər idi.
 
Azərbaycanın 9 klubu UEFA-dan "Həmrəylik ödəmələri" alacaq. Yeganə istisna Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ"dır. Altı klub 7 faizlik paydan, "Zirə", "Sumqayıt" və "Sabah" isə 3 faizlik hissədən əldə edəcək.

Избранный
5
6
sport24.az

7Источники