RU

Azərbaycanın hərbi sənayesi güclüdür - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.

 

Bu barədə Modern.az-a STM-dən məlumat verilib.

 

Bildirilib ki, ümumi nəticələr ölkənin hərbi sənaye potensialının yüksək qiymətləndirildiyini göstərir.

 

Belə ki, “Sizcə, Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir?” sualına respondentlərin əhəmiyyətli hissəsi, yəni 74,9%-i “güclüdür” cavabını verib. Sorğu iştirakçılarının 17,1%-i Azərbaycanın hərbi sənaye imkanlarının orta səviyyədə, 2,3%-i zəif olduğunu düşünür. 5,7%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.

 

Nəticələrin respondentlərin yaş qruplarına və təhsil səviyyələrinə görə təhlili gənc nəslin və ali təhsilli sorğu iştirakçılarının Azərbaycanın hərbi sənaye imkanlarını yüksək səviyyədə qiymətləndirdiyini göstərir.

 

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və ondan yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.

1382582

 

Избранный
7
8
modern.az

10Источники