RU

Azərbaycanda “Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi” fəaliyyətə başlayacaq

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında üçtərəfli anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək üçün ölkəmizdə “Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi” fəaliyyətə başlayacaq. SİA xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçirilən 1-ci beynəlxalq Kiberdiplomatiya konfransında çıxışı zamanı deyib.

“Mərkəz həm də tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq, qarşılıqlı əlaqəni genişləndirməyi hədəfləyir. Bununla yanaşı, xidmətin Azərbaycan Texniki Universiteti ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində universitetdə müvafiq olaraq “Zərərvericilərin Analizi Laboratoriyası” və Bakı Ali Neft Məktəbi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində təhsil ocağında “İnformasiya Təhlükəsizliyi Testləri Laboratoriyası”nın qurulması işlərinə başlanılıb. Bu layihələr tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq etmək, birgə tədqiqatlar və təcrübə mübadiləsi aparmaq, real layihələrdə iştirak etmək kimi fürsətlər yaradacaq”, - deyə İlqar Musayev bildirib.

Избранный
2
8
sia.az

10Источники