RU

Tramp: “Zelenski tarixin ən böyük marketoloqudur”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-də keçiriləcək prezident seçkilərində Demokrat Partiyasını dəstəklədiyini iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniyada keçirilən mitinq zamanı bldirib ki, Zelenski Demokratların bu seçkidə qalib gəlməsini çox istəyir.

Tramp kinayəli şəkildə ABŞ-dən milyardlarla dollar yardım alan Zelenskini “Tarixin ən böyük marketoloqu” adlandırıb və “Hər dəfə ölkəyə gələndə 60 milyard dollar alıb gedir” deyib.

Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırıla biləcəyini irəli sürən Tramp, vəzifədə olsaydı, Moskva ilə Kiyev arasında sülh razılaşmasının müzakirə oluna biləcəyini iddia edib.

Tramp deyib ki, seçiləcəyi təqdirdə həm Zelenskiyə, həm də Rusiya Prezidenti Vladimir Putinə zəng vuracaq və onları sülh razılaşması əldə etməyə təşviq edəcək.

Избранный
11
50
cebheinfo.az

10Источники