RU

Mikayıl Cabbarov: “Azərbaycan "yaşıl keçid"in əsas iştirakçılarından biridir”

Bu gün Azərbaycan dünyanın əsas prioritet hesab etdiyi "yaşıl keçid"in əsas iştirakçılarından biridir.

Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, ölkəmizin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb.

"Böyük enerji şirkətləri ilə icra etdiyimiz “yaşıl” layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb. Biz müəyyən öhdəliklər götürmüşük",- Mikayıl Cabbarov qeyd edib.

Nazir əlavə edib ki, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” növbəti ortamüddətli dövrdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının və tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin artırılması kimi hədəflər qoyulub.

"COP28 çərçivəsində SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsini misal göstərmək olar. Gündəliyimizdən danışarkən biz, həmçinin, qeyd etməliyik ki, alternativ enerji mənbələrinə keçid prioritetlərimizdən biridir. Azərbaycan bərpaolunan enerji mənbələri potensialı yüksək olan ölkələrdəndir. Bu sektora xarici sərmayələr cəlb etmişik, günəş və külək elektrik stansiyaları inşa edirik. Azərbaycan aşağı karbonlu texnologiyalar, tullantılardan enerji istehsalı, “yaşıl” hidrogen, bioyanacaq, o cümlədən metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır. Bərpaolunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik",- nazir qeyd edib.

Избранный
2
7
vergiler.az

8Источники