RU

Qondarma rejimin ilk müdafiə naziri koloniyada elektrik oldu

Qondarma Donetsk Xalq Respublikasının (DXR) ilk müdafiə naziri olmuş və ekstremizmdə təqsirli bilinən İqor Strelkov (əsl adı İqor Qirkin-red.) həbsxanada dərzilikdən elektrikçiliyə keçirilib. Bu barədə "Mash" Telegram kanalı Strelkovun vəkilinə istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, Qirkin hazırda tikiş sexində işləməyə davam etməklə yanaşı, elektrik ixtisası üzrə təhsil alır. Gələcəkdə onun indiki iş yerində avadanlıqlara, eləcə də torna və dəmirçi avadanlıqlarına xidmət göstərəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 6-da Ukraynanın Donbas bölgəsində separatçıların liderlərindən olmuş  Strelkovun həbsdən azad edilərək cəbhə xəttinə göndəriləcəyi barədə məlumat yayılmışdı. 

Xatırladaq ki, İqor Strelkov təqaüddə olan Rusiya hərbçisi və Federal Təhlükəsizlik Xidmətinin zabitidir. 2014-cü ildə o, "DXR"in ilk müdafiə naziri olub. 2022-ci ilin noyabrında Haaqa məhkəməsi Strelkovu 2014-cü ilin yayında Donetsk vilayətində Malayziyaya məxsus Boeing 777 təyyarəsinin vurulmasında günahkarlardan biri kimi tanıyıb. O, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. Ukraynada xüsusi əməliyyat başlayandan sonra o, Rusiya Müdafiə Nazirliyinin və ölkə rəhbərliyinin fəaliyyətini mütəmadi olaraq tənqid edib. Strelkov 2023-cü iyulun 21-də saxlanılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci (“Ekstremist fəaliyyətə açıq çağırışlar”) maddəsi ilə cinayət işi açılıb.

 Strelkov cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Tural

Избранный
7
7
news365.az

8Источники