RU

Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı ölkəmizin bu günü və gələcəyi ilə bağlı çağırışlarla zəngin olur. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında nitqi bu gün ölkə mətbuatında geniş şəkildə təhlil olunur, qarşıya qoyulan vəzifələrin icrasının qalib, bütövləşən, yeni Azərbaycanın qarşısında açacağı imkanlar diqqətə çatdırılır. Prezident İlham Əliyev hər zaman olduğu kimi, budəfəki çıxışında belə bir  reallığı xüsusi vurğuladı ki, gələcək planlarımızı həll etmək, o cümlədən  vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, son dörd ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, ölkəmiz üçün həmişə ən vacib məsələ olub. “Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim” söyləyən Prezident İlham Əliyev diqqətə çatdırdığı rəqəmlərin fonunda işğaldan azad edilmiş ərazilərimizin bərpasının prioritetliyini təsdiqlədi.  vakansiyalar

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin çıxışında hücum diplomatiyamızın uğurla davam etdirilməsi xüsusi olaraq vurğulanır. Azərbaycan daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir. Ölkəmizin müstəqil siyasətini, uğurlarını, hazırkı dövrdə tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən qüvvələr Azərbaycana qarşı əsassız təbliğatlarını getdikcə gücləndirirlər. 

Milli Məclisin deputatı Azərbaycanın tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifindən və bu istiqamətdə göstərdiyi səylərdən bəhs edib. Təəssüf hissi ilə qeyd edib ki, qarşı tərəf hələ də konkret addım atmaq barədə düşünmür. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında sülh müqaviləsinin imzalanması məsələsinə xüsusi diqqət yönəldir. 

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan müstəqil, prinsipial xarici siyasət həyata keçirir. Ölkəmiz əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin say tərkibinə, onların əhatə etdiyi mövzulara diqqət yetirsək, ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə, hər bir sahədə zəngin təcrübəyə malik  olduğunu böyük inamla qeyd edə bilərik. Yaxın vaxtlarda ölkəmizin ev sahibliyi edəcəyi COP29 bir daha bu məqamların təqdimatı olacaq. 


Telegram kanalımız
Избранный
31
9
yenisabah.az

10Источники