RU

“Fələstin dövlətinin qurulması daha təxirə salına bilməz”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına “Qəzza soyqırımının qarşısını almaq, bu zülm və barbarlığa “dur” demək üçün nəyi gözləyirsiniz?” deyə xiyab edib.

  Nyu-Yorkda üzv ölkələrin liderlərini bir araya gətirən BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş və ABŞ prezidenti Co Baydenin çıxışlarından sonra Türkiyə prezidentinə söz verilib. R.T.Ərdoğan çıxışında deyib: “Bəzi insanlar narahat olsa da, mən bu gün burada - bəşəriyyətin ortaq platformasında insanlıq adından bəzi həqiqətləri açıq danışmaq istəyirəm. BMT Təhlükəsizlik Şurası Qəzza soyqırımının qarşısını almaq, bu zülm və barbarlığa "dur" demək üçün nəyi gözləyirsiniz? Fələstin xalqı ilə birlikdə öz vətəndaşlarının həyatını təhlükəyə atan qırğın şəbəkəsini dayandırmaq üçün nə gözləyirsiniz?

  2023-cü ilin 7 oktyabrından İsrailin hücumlarına məruz qalan Qəzza dünyanın ən böyük qadın və uşaq qəbiristanlığına çevrilib. Bir tikə quru çörək və ya bir kasa şorba tapa bilməyən yüzlərlə qəzzalı uşaq öldürülür. Qərbin müdafiə etdiyi dəyərlər ölür”.

  İsrail hökuməti əsas insan hüquqlarına məhəl qoymadan bir xalqa qarşı etnik təmizləmə və açıq soyqırım həyata keçirir. Hitlerin Almaniyada 70 il əvvəl bəşəriyyət ittifaqı tərəfindən dayandırıldığı kimi, İsrailin baş naziri Benyamin Netanyahu və onun qətl şəbəkəsi də durdurulmalıdır.

  Paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş bir Fələstin dövlətinin qurulması daha təxirə salına bilməz. Biz müsəlmanların hədəfə alınmasına qarşı olduğumuz kimi antisemitizmə də qarşıyıq.

  Fələstini tanımayan digər dövlətləri də bu mühüm dövrdə tarixin doğru tərəfində olub Fələstin dövlətini tezliklə tanımağa dəvət edirəm”.



Избранный
1
trt.net.tr

1Источники