RU

Sumqayıtda məktəbi dərmanladılar: Şagirdlər zəhərləndilər

“Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit-birə basıb. Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərlənib”.
Bu barədə Bakupost.az-a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildiriblər.
Övladı məktəbdə zəhərlənən valideyn deyib:
“Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki, uşaqların halı pisləşər. 6-7 saat orada qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir”.
Valideynlər bir məsələdən də şikayətçidirlər.
İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Избранный
6
25
arantv.az

10Источники