RU

Türkiyənin Milli müdafiə naziri Azərbaycanda

 

  Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib. O, Türkiyə məhsullarının da sərgiləndiyi Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılıb.

  Türkiyəli naziri Baş Qərargah rəisi general Metin Gürak və qoşun komandirləri də müşayiət edib.

  ADEX 2024 Sərgisinə Türkiyə Prezident Administrasiyası Müdafiə sənayesi rəhbəri Haluk Görgün də qatılıb.

  Yaşar Gülər, komandirlər və Haluk Görgün sərgi meydanını Azərbaycan prezidenti İlham Əliyev ilə birlikdə gəzib.

  Azərbaycanın Müdafiə naziri general Zakir Həsənov və Somalinin Müdafiə naziri Məhəmməd Nur da heyətdə yer alıb.

  Heyət sərgidəki Türkiyə müdafiə sənayesi şirkətlərinin yüksək texnologiyalı məhsullarını da incələyib.



Избранный
1
50
trt.net.tr

10Источники