RU

General Sübahir Qurbanova AĞIR İTKİ - FOTO

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanova ağır itki üz verib.

Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, onun qardaşı Mahir Qurbanov vəfat edib.

M.Qurbanovun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Qeyd: M.Qurbanov uzun illər Masallı rayonunun Böyük Kolatan kənd tam orta məktəbində müəllim, direktor müavini işləyib. Sonralar Rayon İcra Hakimiyyəti başçısının Qızılavar İƏD üzrə nümayəndəsi, eləcə də rayon mərkəzi poçtunun müdiri vəzifələrində çalışıb. O, 2015-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına layiq görülmüş, 2020-ci ildə əfv olunaraq azadlığa buraxılmış general-mayor Sübahir Qurbanovun qardaşıdır. Bir müddət əvvəl isə onların daha bir qardaşı Şair Qurbanov vəfat edib.

Избранный
3
1
bakivaxti.az

2Источники