RU

ABB-nin yeni səhmlərinə sifarişlərin 24%-ni yaşı 30-dək olan gənc investorlar yerləşdirib

"ABB səhmlərinə sifarişlərin 84%-i məhz rəqəmsal kanallar üzərindən verilib. Say etibarilə ümumi sifarişlərin 24%-ni yaşı 30-dək olan gənc investorlar yerləşdirib. Bu, bir tərəfdən gənclərin ABB səhmlərinə böyük marağını, digər tərəfdən isə Azərbaycanın kapital bazarları üçün yeni investor kütləsinin formalaşdığını göstərir. ABB-nin yeni səhmdarlarının 29%-i qadınlardır, səhmdarların 22%-i regionları təmsil edir".

Marja xəbər verir ki, bunu brifinqdə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

İdarə Heyəti sədrinin sözlərinə görə, əsas hədəf Sərəncamın məqsədinə uyğun olaraq mümkün qədər çox sayda vətəndaşımızın ABB səhmlərinə abunə yazılması idi. Səhmdar sayının artması ölkəmizin kapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiya fürsətləri bu bazarı inkişaf etdirəcək.

İdarə Heyətinin sədri ABB-nin 2024-cü ildə də gəlirlə fəaliyyət göstərdiyini, cari ilin 1 sentyabr tarixinə 212 milyon manatdan çox xalis mənfəət qazandığını nəzərə çatdıraraq qeyd edib ki, yeni səhmdarlar da gələn ilin əvvəllərindən Bankdan dividend gəlirləri əldə etməyə başlayacaqlar.

ABB ölkəmizdə kapital bazarlarının inkişafı prosesinin növbəti mərhələlərində də fəal iştirak edəcək. Abbas İbrahimov məlumat verib ki, bir neçə gündən sonra ABB səhmlərini ABB mobil tətbiqi üzərindən təkrar bazarda alıb-satmaq mümkün olacaq. ABB səhmlərinin təkrar bazarda ticarətinin təşkili, qiymət sabitliyinin təmin olunması üçün başqa əhəmiyyətli addımlar da atılıb. Tezliklə, səhmlərin likvidliyinə əlavə dəstək məqsədilə təkrar bazara “market makerlər” də qoşulacaq.

Избранный
14
11
marja.az

10Источники