RU

“Müharibənin sonu bir çoxlarının düşündüyündən daha yaxındır”, V.Zelenski

 

  Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə ölkəsi arasında davam edən müharibənin sonunun bir çoxlarının düşündüyündən daha yaxın olduğunu bildirib.

  ABŞ səfəri zamanı ABC telekanalına müsahibə verən Zelenski prezident Co Baydenə təqdim edəcəyi Qələbə Planının Ukraynanı gücləndirəcəyini vurğulayıb. O, “Mənə görə, sülh bir çoxlarının düşündüyündən daha yaxındır. Müharibənin sonuna artıq yaxınlaşmışıq” deyə qeyd edib.

  Rusiya ilə danışıqlar haqqında sualı cavablandıran V.Zelenski sülh planının Moskva ilə birbaşa danışıqları nəzərdə tutmadığını bildirib: “Lakin güclü mövqeyə sahib olsaq, Putini diplomatik yollarla sülhə məcbur edə bilərik”.

  V.Zelenski BMT-nin Gələcək Üçün zirvəsində iştirak edib. Ölkələrə Gələcək Paktını qəbul etdikləri üçün təşəkkür edib və Kiyevin sülh səylərindən danışıb. Ukrayna prezidenti həmçinin ilin sonuna qədər ikinci bir sülh zirvəsinin keçirilə biləcəyini söyləyib.

  Volodimir Zelenski 25 sentyabrda BMT Baş Assambleyasında çıxış edəcək. O eyni zamanda G7 və Qlobal Cənub ölkələrinin nümayəndələri ilə görüşməyi planlaşdırır.



Избранный
1
2
trt.net.tr

3Источники