RU

Ağdama dolu düşdü - Yenilənib

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli qısamüddətli yağış yağıb.

Bildirilib ki, Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Lerik, Şahbuzda 6 mm, Tovuz, Göygöldə 5 mm, Daşkəsən, Şərurda 3 mm, Şəki, Yevlax, Astara, Gədəbəydə 2 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Mingəçevir, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şərq küləyi arabir Şahdağda 20 m/s-dək güclənib. Göygöl, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 27, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

***

Bu gün saat 15:00-a olan məlumata əsasən, Ağdam rayonu Quzanlı kəndinə diametri 8 mm olan dolu düşüb.

Ağstafa, Gəncə, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki, Zaqatala, Balakən, Qax, Goranboy, Naftalan, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Şahdağ, İsmayıllı, Qəbələ, Göyçay, Qrız, Xınalıq, Beyləqanda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

Qərb küləyi Zaqatalada (Əlibəy) 28 m/s, Daşkəsəndə 20 m/s, Naftalanda 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.

Избранный
4
20
qafqazinfo.az

10Источники